Press "Enter" to skip to content

10 ayda əlilliyi olan şəxslərə 111 min reabilitasiya vasitəsi verilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə 111 min reabilitasiya vasitəsi verilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, onlardan 6,1 mini təkərli oturacaq (o cümlədən 170-i mühərrikli təkərli oturacaq), 2,1 mini aşağı və yuxarı ətraf protezi, 5,4 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub: “Həmçinin əlilliyi olan şəxslərə 9,1 min cüt protez və yarım cüt ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 467 korset və s. reabilitasiya vasitələri təqdim olunub. 2025-ci ilin 10 ayında əlilliyi olan 12 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib”.

Mission News Theme by Compete Themes.