Press "Enter" to skip to content

AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 69-cu iclasında

AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 69-cu iclasında

BAYRAQDAR MEDİA – Fransanın Strasburq şəhərində Avropa Şurasının Agora binasında Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 69-cu iclası keçirilib. Tədbirdə Azərbaycanı Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AMADA-dan daxil olub.

Xəbərdə qeyd olunur ki, “iki gün davam edən toplantının gündəliyində CAHAMA-nın 68-ci iclasının hesabatının təsdiqi, növbəti görüşlərin tarixlərinin müəyyənləşdirilməsi, Katiblikdən yeniliklər və WADA-nın qarşıdakı İcraiyyə Komitəsi və Təsisçilər Şurasının iclaslarına hazırlıq məsələlər yer alıb. İclas çərçivəsində Avropa dövlətlərinin nümayəndələri qlobal antidopinq gündəliyində yer alan vacib mövzuları müzakirə edib, WADA-nın qərarqəbuletmə prosesində vahid Avropa mövqeyinin formalaşdırılması üzrə ilkin müzakirələr aparıblar. CAHAMA-nın əlaqəli ekspert qrupları çıxış edərək, WADA komitələrinin gündəliyinə daxil olan məsələlərlə bağlı təqdimatlar ediblər. Açıq sessiyada WADA nümayəndələri ilə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və qurumun prioritet istiqamətləri barədə məlumatlar verilib”.

Ardınca xəbərdə, “iclasda AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev Gender Bərabərliyi üzrə Məruzəçi qismində çıxış edərək antidopinq siyasətində gender aspektlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Xüsusi mandatlı qurum kimi CAHAMA Avropa Mədəniyyət Konvensiyasına qoşulan ölkələrin WADA qarşısında vahid mövqeyini hazırlayan əsas mexanizmdir. Region ölkələrinin koordinasiyalı iştirakı ədalətli, şəffaf və səmərəli qlobal antidopinq sisteminin formalaşmasına mühüm töhfə verir. AMADA nümayəndə heyətinin iclasda iştirakı Azərbaycanın antidopinq sahəsində beynəlxalq əməkdaşlığa və Avropa ailəsində fəal dialoqa sadiqliyini bir daha təsdiq edir” deyə bildirilir.

Mission News Theme by Compete Themes.