Press "Enter" to skip to content

Bakıda daha bir tədbir

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.

Bildirilib ki, “tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya və Estoniya dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyəti iştirak edir. İclasda MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti və digər məsələlər təşkil edir”.

İclas 26 noyabradək öz işini davam etdirəcək.

Mission News Theme by Compete Themes.