BAYRAQDAR MEDİA– Eskişehir indiyə qədər gənclikdən tutmuş aksiyona və Anadolu həyatını əks etdirən müxtəlif mövzulu seriallara ev sahibliyi edib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, son 25 ildə Eskişehir bir çox serialın çəkiliş məkanı və ya mövzusu kimi önə çıxıb: “Bu sahədə diqqət çəkən ilk layihələrdən biri 2009-cu ildə yayımlanan “ES-ES” serialıdır. Erdal Beşikçioğlu və Ahmet Rıfat Şungarın baş rollarda oynadığı serial universitet həyatını və gənclik mədəniyyətini Eskişehir küçələrindən ekranlara daşıdı. Müasir şəhər həyatı, kampus mühiti və canlı sosial məkanlar serialın müəyyənedici elementləri idi”.
Məlumata əsasən, yenə Erdal Beşikçioğlunun rol aldığı və Eskişehirdə çəkilən digər bir layihə 2006–2008-ci illərdə yayımlanan “Köprü” serialıdır: “Merhum vali Recep Yazıcıoğlunun həyatından ilhamlanan serial valilik institutunu mərkəzə aldı və çəkilişlərin böyük hissəsi Eskişehirdə aparılıb. Son illərin ən çox səs gətirən layihəsi isə bütün Türkiyəni ekrana kilidləyən “Gönül Dağı” serialıdır. TRT-nin sevilən bu serialı Sivrihisarda çəkilir”.
Məlumatda o da qeyd edilib ki, aksiya janrında olan “Savaşçı” serialının da bəzi səhnələri Eskişehirdə çəkilib və şəhərin geniş qır sahələrindən istifadə olunub.









