BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi əsas hədəflərdəndir. Bu baxımdan qanunvericiliyə uyğun olaraq BŞTİ-də vətəndaşların qəbulu müvafiq qrafik üzrə həyata keçirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya İdarədən məlumat verilib.
Məlumata görə, həmçinin BŞTİ-də 146-1 nömrəli Çağrı Mərkəzi fəaliyyət göstərir: “Çağrı Mərkəzinin fəaliyyətinin əsas məqsədi vətəndaşlara operativ əlaqə imkanının yaradılması, vətəndaş məmnunluğunun təmin edilməsi, daxil olan müraciətlərin cavablandırılması zamanı koordinasiyanın düzgün təşkili və proseslərin çevik idarə edilməsindən ibarətdir”.





