Press "Enter" to skip to content

Dəmir yolları arasında əməkdaşlıq gücləndirilir

Görüş zamanı

BAYRAQDAR MEDİA– Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb.

Bu barədə ADY-dən məlumat verilib.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən Astara Terminalının inkişafı, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib: “Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bu strateji marşrutun mühüm halqalarından olan Azərbaycanın ticarət axınlarını birləşdirən strateji arteriya kimi mövqeyini gücləndirir. ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanması planlaşdırılır”.

Görüşdə qeyd edilib ki, Astara Terminalının layihələndirmə işlərinin 94 faizi, tikinti-quraşdırma işlərinin isə təqribən 82 faizi yekunlaşıb: “Gələn il tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyat bağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək”.

Mission News Theme by Compete Themes.