BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Şəhər Günü çərçivəsində tamaşa nümayişi, sərgilər, təsviri sənətlə bağlı ustad dərsləri, geniş konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi və siyasi müstəvilərdə qazanılan qələbələr sayəsində 2020-ci ilin 25 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad edilib. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur”.





