Press "Enter" to skip to content

Nazir müavini beynəlxalq tədbirə iştirak edib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycan Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Yaşıl və Rəqəmsal CAREC” mövzusunda 24-cü Nazirlər Konfransında və CAREC İnstitutunun İdarəetmə Şurasının 16-cı iclasında təmsil olunub.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bişkek şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional Əməkdaşlıq (CAREC) Proqramının 24-cü Nazirlər Konfransında və CAREC İnstitutunun İdarəetmə Şurasının 16-cı iclasında iştirak edib: “CAREC Proqramının “Yaşıl və Rəqəmsal CAREC” mövzusunda keçirilən 24-cü Nazirlər Konfransında çıxış edən nazir müaviniProqram çərçivəsindəticarət, investisiyalar və bərpa olunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.CAREC regionunda dayanıqlı ticarət, rəqəmsal dəhlizlər, yaşıl enerji həlləri və innovativ logistika modellərinin genişləndirilməsi üzrə Azərbaycanın təşəbbüsləri vurğulanıb”.

Məlumatda deyilir ki, iqtisadiyyat nazirinin müavini Konfrans çərçivəsində təşkil olunan sessiyalarda iştirak edib: “Konfrans çərçivəsində “Təkmilləşdirilmiş Tranzit Sistemi və Ümumi Məlumatlar Mübadiləsinin Sınaq Mərhələsinin Həyata Keçirilməsi” (CATS/ICE), “Regional Turizmin İnkişafı”, “Uyğunluq Sertifikatlarının Elektron Mübadiləsi və Qarşılıqlı Tanınması üzrə CAREC Pilot Layihəsi”nə dair anlaşma memorandumları imzalanıb. Sonda CAREC Proqramının 24-cü Nazirlər Konfransının Birgə Nazirlər Bəyannaməsi qəbul olunub”.

Bundan başqa Bişkekdə CAREC İnstitutunun İdarəetmə Şurasının 16-cı iclası keçirilib: “İclasda CAREC İnstitutunun 2025-ci il üzrə görülmüş işlərə dair hesabatı, İnstitutun yenilənməsi planına ümumi baxış və CAREC İnstitutunun 2026-2030-cu illər üzrə Strategiyası, eləcə də CAREC İnstitutunun 2026-2027-ci illər üzrə Dövri Yenilənən Əməliyyat Planı, 2026-cı il üçün büdcə və işə qəbul planı müzakirə olunub. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli tədbirdə çıxış edərək,CAREC İnstitutunun 2026–2030-cu illər üzrəStrategiyası çərçivəsində institusional idarəetmə, insan kapitalı, yaşıl iqtisadiyyat və rəqəmsal transformasiya istiqamətlərində yeni alətlərin tətbiqinin və texnoloji həllərin regionun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini vurğulayıb”.

Mission News Theme by Compete Themes.