Aqil Camal: Noyabrın 24-ü TDT ölkələri QHT-lərinin Həmrəylik Günü kimi qeyd olunsun
BAYRAQDAR MEDİA– “Noyabrın 24-ü Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Günü kimi qeyd edilsin”.
Bu təklifi “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal TDT ölkələri QHT-lərinin Həmrəylik Forumunda keçirilən “Azərbaycan-Qazaxıstan QHT-lərinin əmakdaşlıq Forumu” adlı paneldə səsləndirib.
O, Azərbaycanın türk dünyasının inkişafı üçün böyük işlər gördüyünü vurğulayaraq bu çərçivədə Azərbaycan-Qazaxıstan əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
A.Camal daha sonra Xəzər dənizinin ekoloji problemlərinə diqqət çəkib. QHT rəhbəri hər iki ölkənin ictimai təşklatlarının Xəzərin dayazlaşması probleminə qarşı birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib.








