BAYRAQDAR MEDİA – Çinin aparıcı açıq və uzaqdan təhsil müəssisələrindən olan Şanxay Açıq Universitetinin nümayəndə heyəti, akademik əməkdaşlıqları gücləndirmək məqsədilə Anadolu Universitetini ziyarət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Anadolu Universitetndən məlumat verilib.
Məlumata görə, ziyarət Rektorluq Ofisində keçirilən rəsmi görüşlə başlayıb: “Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel, Şanxay Açıq Universitetinin Rektoru cənab JIA Wei və heyət üzvlərini qəbul edib. Görüşdə iki universitet arasında mövcud əməkdaşlıq münasibətləri, birgə layihələr və akademik imkanlar müzakirə olunub. Daha sonra heyət Açıqöğretim Fakültəsini ziyarət edib və məlumatlandırma görüşündə iştirak edib. Heyət, eləcə də, Universitetin Çağdaş İncəsənət Muzeyini ziyarət edərək “17-ci Beynəlxalq Anadolu Kaligrafiya və Tipografiya Tədbiri” çərçivəsində təşkil olunan sərgini gəzib. Çin heyəti adından YI Xiaoting tədbir posterinə imza atıb və qısa kaligrafiya məşğələsinə qatılıb”.





