Press "Enter" to skip to content

Bu istiqamətdə əlavə qatar reysləri təyin edilib

Sərnişin qatarı

BAYRAQDAR MEDİA – “Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, “sərnişinlər, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar”.

Mission News Theme by Compete Themes.