BAYRAQDAR MEDİA – Hacettepe Universiteti ilə alman Lübeck Universiteti arasında başlayan akademik əməkdaşlıq çərçivəsində neyroelm mövzusunda ilk onlayn işçi görüşü keçirilib.
Bu barədə Hacettepe Universitetindən məlumat verilib.
Məlumata görə, toplantı Lübeck Universiteti rektorunun açılış nitqi ilə başlayıb: “Sessiyalarda iki universitetdən alimlər “Ağrı”, “Neyromüsküler xəstəliklər”, “Parkinson və hərəkət pozuntuları”, “Neyroinflamasiya” kimi mövzular üzrə araşdırmalarını təqdim ediblər. Görüşün sonunda birgə araşdırma layihələri, tələbə və müəllim mübadiləsi və əlavə əməkdaşlıq imkanları müzakirə olunub. Növbəti mərhələdə Lübeck Universitetindən heyətin Hacettepe Universitetinə səfəri planlaşdırılır”.





