Press "Enter" to skip to content

İllik 2 milyon sərnişin tutumuna malik nəhəng layihə 

Yozgat Hava Limanı layihəsində işlər sürətlə davam edir.

BAYRAQDAR MEDİA – Yozgatın nəqliyyat infrastrukturuna mühüm töhfə verməsi gözlənilən Yozgat Hava Limanı layihəsində işlər sürətlə davam edir. İllik 2 milyon sərnişin tutumu ilə bölgənin ən böyük investisiyalarından biri sayılan bu nəhəng layihədə tikinti işləri hər gün daha da görünən şəkildə irəliləyir.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.

Məlumata görə, Yozgat Valiliyi layihənin böyük diqqət və məsuliyyətlə həyata keçirildiyini, hava limanı tamamlandıqda şəhərin iqtisadi, sosial və turistik inkişafına ciddi töhfə verəcəyini bildirib: “Qeyd edilib ki, Hava limanının istifadəyə verilməsi ilə -Yozgatın Ankara və digər böyük şəhərlərə çıxışı asanlaşacaq, İş dünyası və investorlar üçün yeni imkanlar formalaşacaq, Turizm potensialı yüksələcək, həmçinin vətəndaşlar daha rahat və sürətli hava nəqliyyatı imkanına qovuşacaq”.

Mission News Theme by Compete Themes.