Press "Enter" to skip to content

İnsan alveri ilə mübarizəyə həsr olunmuş dəyirmi masa

İnsan alveri ilə mübarizəyə həsr olunmuş dəyirmi masa

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İnsan alveri qurbanlarına dəstək: ailənin və milli-mənəvi dəyərlərin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Aİİ-nin tələbələri, əməkdaşları və ilahiyyatçılar iştirak ediblər. Agentliyin əməkdaşları Mərkəzin fəaliyyəti, eləcə də insan alveri qurbanlarına göstərilən dəstək mexanizmləri, ailənin və milli-mənəvi dəyərlərin bu prosesdəki rolu barədə məlumat veriblər. İştirakçılarla dəstək mexanizmlərinin təkmilləşdirilməsi, reabilitasiya xidmətlərinin genişləndirilməsi və bu sahədə ictimai məlumatlılığın artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Eləcə də onların mövzu ilə bağlı sualları cavablandırılıb”.

Mission News Theme by Compete Themes.