Press "Enter" to skip to content

Kənd təsərrüfatı naziri Gürcüstandadır

Kənd təsərrüfatı naziri Gürcüstanda rəsmi səfərdə

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “səfər çərçivəsində nazir Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze, Gürcüstan Parlamentinin Aqrar Komitəsinin sədri Gela Samxarauli ilə görüşəcək. İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək geniş tərkibli görüşlərdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsinə dair aktual mövzuların müzakirəsi nəzərdə tutulur”.

Azərbaycan nümayəndə heyətinin təsərrüfatlara və kənd təsərrüfatı məhsullarının emal müəssisələrinə səfəri də planlaşdırılır.

Mission News Theme by Compete Themes.