Press "Enter" to skip to content

Kəlbəcərə yola salınan köç ünvana çatıb

Kəlbəcərə yola salınan köç ünvana çatıb

BAYRAQDAR MEDİA – Noyabrın 26-də doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu mərhələdə köçürülən 112 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Kəlbəcər rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin və Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib”.

Mission News Theme by Compete Themes.