BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, tərəfdaşlığa dair müzakirələr aparılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşdə iqtisadi əlaqələrin gücləndirilməsində investisiya tərəfdaşlığının önəmi vurğulanıb: “Həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri qeyd olunub.Ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları dəyərləndirilib. Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdə enerji, sərmayələr və digər istiqamətlər üzrəmünasibətlərin gücləndirilməsi imkanları qeyd olunub. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında işgüzar münasibətlərin fəal dəstəklənməsi haqqında fikir mübadiləsi aparılıb”.





