Press "Enter" to skip to content

Müavinət, təqaüd və ünvanlı sosial yardımlar ödənilib

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.

Məlumata görə, bununla da bu ayın bütün sosial ödənişləri başa çatdırılıb: “Belə ki, noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları, noyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə pensiyaları, noyabrın 26-da isə noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib”.

Mission News Theme by Compete Themes.