BAYRAQDAR MEDİA – TÜBİTAK-ın başqanı Prof. Dr. Orhan Aydın Adana Alparslan Türkeş Bilim ve Teknoloji Üniversitetinin rektoru Prof. Dr. Adnan Sözeni kabinetində ziyarət edib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, görüşdə universitetin elmi-tədqiqat potensialının artırılmasına yönəlmiş əməkdaşlıq imkanları, TÜBİTAK-ın dəstək proqramları və birgə layihələrin hazırlanması üzrə mövcud perspektivlər müzakirə olunub.
Rektor Prof. Dr. Sözen, səmimi ziyarətinə görə Prof. Dr. Aydına təşəkkür edərək bildirib ki, universitet elm və texnologiya sahəsində fəaliyyətlərini daha da irəli aparmaq məqsədilə əməkdaşlıqlara açıqdır.





