Naxçıvanda TDT-yə üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində ağacəkmə aksiyası keçirilib
BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvanda, Pürcuvar Dövlət Meşəsində ağacəkmə aksiyası keçirilib.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məlumatında qeyd edilib.
Məlumata görə, aksiyada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərindən ibarət nümayəndə heyəti və ekokönüllülər iştirak ediblər. Aksiya zamanı bir hektar əraziyə yerli iqlim şəraitinə uyğun 700 ədəd aylant tingi əkilib.





