Press "Enter" to skip to content

Erkən nikahın mənfi təsirlərinə dair tədbir

Erkən nikahın mənfi təsirlərinə dair tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə “Ailə ənənələrinin möhkəmləndirilməsi: Erkən nikahın mənfi nəticələri” mövzusunda Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Agentliyin əməkdaşları, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi, rayon prokuroru, rayon məhkəməsinin hakimi, bir sıra digər dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər. Çıxışlar zamanı erkən nikahın sosial-psixoloji fəsadları, gənc nəsil üçün yaratdığı təhlükə və bu problemin qarşısının alınması üçün görülməli profilaktik tədbirlər barədə məlumatlar verilib. İştirakçılara müvafiq sahədə mövcud qanunvericilik tələbləri də izah olunub”.

Mövzu ətrafında geniş müzakirələr aparılıb, məktəblilərin sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.