Press "Enter" to skip to content

Nazir Daşkənddə Forumda

Nazir Daşkənddə Forumda

BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “nazir çıxışı zamanı qeyd edib ki, iri dəhliz layihələrində əsas maneələr sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlıqlarıdır. R.Nəbiyev Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası sayəsində etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğulayıb”.

O həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini bildirib.

Mission News Theme by Compete Themes.