BAYRAQDAR MEDİA – Anadolu Universiteti yemekhane sisteminə yeni funksiya əlavə edib. Belə ki, tələbələr yemək haqqını digər tələbəyə online şəkildə ötürə biləcək.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Bildirilib ki, bu funksiya xüsusilə imtahan dövründə və dərs yükünün artdığı günlərdə həm büdcəyə qənaət edir, həm də tələbələr arasında həmrəyliyi gücləndirir.
Məsələ ilə bağlı rektor Prof. Dr. Yusuf Adıgüzel bildirib: “Universitet olaraq bütün xidmətlərimizi tələbələrimizin ehtiyaclarına uyğun yeniləyirik. Yemək haqqı paylaşımı sistemi tələbələr arasında həmrəyliyi artıran mühüm addımdır.”
Universitet eyni zamanda vegeterian və çölyak xəstələri üçün xüsusi menyular da təqdim edir.





