Press "Enter" to skip to content

BƏƏ dövlət nümayəndələri Azərbaycana səfər edib

Görüş zamanı

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında” Sazişə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət nümayəndələri Azərbaycana səfər edib.

Bu barədə Müdafiə Nazirliyndən məlumat verilibş

Məluamat görə, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən işçi görüşdə ölkələr arasında bütün sahələrdə olduğu kimi, hərbi əlaqələrin də inkişaf etdiyi qeyd olunub, təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin və birgə təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb: “Qonaqlara 44 günlük Vətən müharibəsi, regiondakı vəziyyət və digər mövzularla bağlı brifinq təqdim olunub, maraq doğuran suallar cavablandırılıb. Sonda hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib”.

Mission News Theme by Compete Themes.