Press "Enter" to skip to content

Gəncədə “DəyərliSən” inklüziv festivalı

Gəncədə “DəyərliSən” inklüziv festivalı

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) psixonevroloji sosial xidmət müəssisələrinin və 4 saylı Uşaq evinin sakinlərinin iştirakı ilə “DəyərliSən” inklüziv festivalı təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbir 20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü və 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunub. Festivalda Gəncə Şəhər İcra Hakimiyyəti, Türkiyənin Gəncədəki Baş konsulluğu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və digər dövlət qurumlarının nümayəndələri, millət vəkili Pərvin Kərimzadə, ictimaiyyət üzvləri iştirak ediblər. SXA-nın İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov Agentlik tərəfindən göstərilən xidmətlər haqqında məlumat verib. O qeyd edib ki, Agentliyin respublika üzrə 13 filialı və 21 sosial xidmət müəssisəsi var və qurumun fəaliyyəti stasionar, yarımstasionar və səyyar xidmətləri əhatə edir. Hazırda həssas əhali qruplarına aid 2 min 272 şəxs Agentliyin müəssisələrində daimi dövlət himayəsində sosial və reabilitasiya yönümlü xidmətlərlə təmin edilir”.

Ardınca xəbərdə, “Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov bu kimi tədbirlərin həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, regionlarda müvafiq istiqamətdə festivalların sayının artırılması inklüzivlik mədəniyyətinin genişlənməsinə və bu sahədə ictimai fəallığın artmasına töhfə verəcək. Festivalının məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inklüziyasını təmin etmək, ictimai həyatda fəal iştirakına şərait yaratmaq, eləcə də onların yaradıcı potensiallarını üzə çıxarmaq olub. Festival iştirakçıları sosial xidmət müəssisələrinin sakinlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub, uşaqların ifasında müxtəlif ədəbi-bədii kompozisiyaları izləyiblər” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.