Press "Enter" to skip to content

Hacettepe Universiteti dünyada 121-ci sırada

Hacettepe Universiteti

BAYRAQDAR MEDİA – Times Higher Education (THE) və Schmidt Science Fellows əməkdaşlığı ilə hazırlanan Disiplinlərarası Elm Reytinqi 2026 (ISR 2026) açıqlanıb. Hacettepe Universiteti ilk dəfə qatıldığı bu sıralamada dünya üzrə 911 universitet arasında 121-ci, Türkiyədə isə 82 universitet arasında 7-ci olub.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, ISR reytinqi universitetləri yalnız akademik nəticələrlə deyil, həm də institusional infrastruktur, əməkdaşlıq mədəniyyəti və çoxsahəli araşdırma potensialı ilə qiymətləndirir.
Hacettepenin ilk ildə belə yüksək nəticə əldə etməsi beynəlxalq səviyyədə böyük uğur kimi dəyərləndirilib.

Mission News Theme by Compete Themes.