BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi e.o. briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin inkişafında qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb.





