Press "Enter" to skip to content

Türk dünyasında yeni bir intibah dövrü yaşanır

Alptekin Cihangir İşbilir

Alptekin Cihangir İşbilir: Biz eyni cəbhədə çıxış etsək, bir-birimizə qarşı çıxmasaq, media bizim ən böyük silahımıza çevrilə bilər

BAYRAQDAR MEDİA – “Türk dövlətləri informasiya təhlükəsizliyi və media sahəsində sürətlə dəyişən qlobal trendlərə adaptasiya olunmalıdır”.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində keçirilən “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı bildirib.

O, qeyd edib ki, dünya artıq geosiyasi transformasiya mərhələsindən informasiya üstünlüyü uğrunda mübarizə dövrünə keçib:“Biz artıq geosiyasi transformasiyadan astrosiyası informasiya dövrünə keçmişik”.
Müşavir vurğulayıb ki, müasir medianın inkişafı birbaşa yüksək texnologiyalara, xüsusilə də peyk sistemlərinə və süni intellektə bağlıdır: “Bu gün müasir, peyk texnologiyaları inkişaf etdirilmirsə, medianı da inkişaf etdirmək mümkün deyil. Müasir texniki dəyişikliklərin mediaya təsirləri müşahidə edilib, araşdırılmalıdır. Süni intellekt çox sürətli alqoritmlərdir. Xarici şəbəkələr süni intellekti çox yaxşı şəkildə mənimsəyiblər. Biz də bu istiqamətdə inkişaf etməliyik”.

Alptekin Cihangir İşbilir həmçinin Türk dünyasının media sahəsində yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb: “Türk dünyasında yeni bir intibah dövrü yaşanır. Biz eyni cəbhədə çıxış etsək, bir-birimizə qarşı çıxmasaq, media bizim ən böyük silahımıza çevrilə bilər”.

O bildirib ki, hazırda Azərbaycanda müxtəlif media imkanları sınaqdan keçirilir və Türkiyə–Azərbaycan media platformasının potensialı qiymətləndirilir: “Azərbaycanda bu imkanları test edirik. Türkiyə-Azərbaycan media platformasının hansı işlər görə biləcəyini nəzərdən keçiririk”.

Mission News Theme by Compete Themes.