Tahsin Ertuğruloğlu: UBP səhvləri aradan qaldırmalı, xalqın partiyaya olan inamını bərpa etməlidir
BAYRAQDAR MEDİA – “Ulusal Birlik Partiyası (UBP) Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) ən fundamental siyasi gücüdür və bu məsuliyyəti daşımaqda davam etməlidir”.
Bunu KKTC-nin xarici işlər naziri Tahsin Ertuğruloğlu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı deyib. Müsahibəni tezliklə oxuculara təqdim edəcəyik.
KKTC-dəki siyasi prosesləri və son cümhurbaşqanlığı seçkilərinin nəticələrini dəyərləndirən nazir deyib: “Ümumiyyətlə, vəziyyətin bu hala gəlməsinə imkan verilməməli idi. Təəssüf ki, belə oldu və bunun bədəli cümhurbaşqanlığı seçkilərində ödənildi. Amma hələ heç nə gec deyil, dərhal toparlanmaq lazımdır. İlk növbədə UBP daxilində ciddi toparlanma olmalıdır”.
T.Ertuğruloğlu bildirib ki, UBP-nin üzərinə böyük məsuliyyət, böyük vəzifə düşür: “Partiya qısa müddətdə toparlanmalı, buraxılan səhvləri aradan qaldırmalıdır. Xalqın həm Ulusal Birlik Partiyasına, həm də ümumiyyətlə dövlətçiliyə və Ana Vətən Türkiyəyə sevgisini daha da gücləndirmək, xarici siyasətə sarılmaq inamını yaratmaq missiyası UBP-nin üzərinə düşür və partiya bu məsuliyyəti uğurla yerinə yetirməlidir. Əminəm ki, Ulusal Birlik Partiyası qarşıdakı vəzifələrin öhdəsindən layiqincə gələcək”.





