Press "Enter" to skip to content

Uşaq hüquqlarına həsr olunmuş maarifləndirici təlim

Uşaq hüquqlarına həsr olunmuş maarifləndirici təlim

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Abşeron Sosial Xidmət Mərkəzində “Uşaq hüquqlarının təmin edilməsində ailənin rolu” mövzusunda təlim keçilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlimdə Sosial Xidmət Mərkəzinin xidmətlərindən yararlanan uşaqların valideynləri iştirak ediblər. Təlim zamanı valideynlərə uşaq hüquqları və onların müdafiəsi barədə ətraflı məlumat verilib. Uşaqların rifahının yaxşılaşdırılması üçün mövcud dəstək mexanizmlərindən bəhs edilib. Eləcə də valideynlərin sualları cavablandırılıb”.

Bu kimi təlimlərin keçirilməsində məqsəd uşaqların hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması və ailənin rolunun gücləndirilməsidir.

Mission News Theme by Compete Themes.