Press "Enter" to skip to content

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə köç karvanı

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə köç karvanı

BAYRAQDAR MEDİA – Noyabrın 28-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç karvanı yola salınıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Qırmızı Bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 55 nəfərdən ibarət 16 ailə köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər”.

Ardınca xəbərdə, “doğma yurda  qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər” deyə bildirilir.

Mission News Theme by Compete Themes.