Press "Enter" to skip to content

“Anamın kitabı” Pakistanda təqdim olunacaq

“Anamın kitabı” Pakistanda təqdim olunacaq

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bir qrup yaradıcı heyəti Pakistanın Kəraçi şəhərində dekabrın 7-dək davam edəcək “Pakistan İncəsənət Şurası”nın (“Art Council Pakistan”) təşkilatçılığı ilə ərsəyə gələn Dünya Mədəniyyəti Festivalında iştirak edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ABŞ, Rusiya, Türkiyə, Almaniya, Fransa, İtaliya, Yaponiya, Braziliya, İraq, Mərakeş və ümumilikdə 140 ölkədən 1 mindən artıq teatr və incəsənət nümayəndəsinin qatıldığı bu mötəbər beynəlxalq festival çərçivəsində Musiqili Teatrın “Anamın kitabı” tamaşası təqdim olunacaq. Azərbaycanın görkəmli yazıçı-dramaturqu Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında Prezident mükafatçısı İradə Gözəlovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, döyüş səhnələri və rəqslərin quruluşçusu Xalq artisti Pərviz Məmmədrzayev, rejissoru isə Zaur Əliyevdir. Tamaşa teatrın istedadlı aktyorları – Səmədzadə Xasiyev, Hüseyn Əlili, Zaur Əliyev, Nəzrin İsmayılzadə, Adelin Öztürk, Nərmin Əliyeva, Əli Kərimov, İranə Kərimova, Sübhan RüstəmovMurad Əliyevin ifasında ingilis dilində nümayiş olunacaq”.

Qeyd edək ki, səfər çərçivəsində sözügedən Teatrın nümayəndə heyəti teatrlararası mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirməyi də planlaşdırır.

Mission News Theme by Compete Themes.