Press "Enter" to skip to content

BDYPİ-dən avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış

BDYPİ-dən avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış

BAYRAQDAR MEDİA – Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.

Xəbərdə qeyd edilir ki, “BDYPİ qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırıb. Bildirilib ki, avtomobilin sazlığı istənilən hava şəraitində mənzil başına rahat və təhlükəsiz çatmaq üçün ən etibarlı zəmanətidir”.

Mission News Theme by Compete Themes.