Mustafa Lakadamyalı: Süni intellekt texnologiyalarının inkişaf etdirilməsinin türk dünyası üçün böyük önəm kəsb edir
BAYRAQDAR MEDİA – Ötən həftə Bakı türk dünyası ilə bağlı maraqlı bir tədbirə ev sahibliyi etdi. Bu tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyəti də yüksək nümayəndə heyəti ilə çıxış etdi.
Bu barədə KKTC Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Türk Dövlətləri Təşkilatı (TDT) Media və İnformasiya üzrə Nazirlər görüşünə hazırlıq məqsədilə Yüksək Səviyyəli Rəhbərlər 7-ci Toplantısı və Media və İnformasiya İşçi Qrupu 12-ci Toplantısına KKTC Xarici İşlər Nazirliyi müsteşarı Mustafa Lakadamyalı da qatılıb.
Məlumata əsasən, M.Lakadamyalı həmçinin “Müasir dövrdə artan qlobal informasiya təhlükələrinə qarşı dayanıqlı və önleyici addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsi” mövzusunda paneldə çıxış edib: “Çıxışında, Kıbrıs türk xalqının həqiqət uğrunda mübarizəsinin 1963-cü ildə çox sadə şəraitdə avtomobil akkumulyatoru ilə qurulan Bayraq Radiosu ilə başladığını qeyd edən M.Lakadamyalı, günümüzdə bu mübarizənin tək tərəfli xəbərçilik və dezinformasiyaya qarşı texnoloji imkanlardan da istifadə etməklə, müxtəlif vasitələrlə keçmişdən gələn qətiyyət və 40 ildən çox dövlət şüuru ilə davam etdiyini vurğulayıb. Əlaqələrin həyatın hər sahəsində böyük əhəmiyyət daşıdığını qeyd edən M.Lakadamyalı, süni intellekt texnologiyalarının inkişaf etdirilməsinin türk dünyası üçün böyük önəm kəsb etdiyini bildirib”.





