BAYRAQDAR MEDİA – Nəşrin bu nömrəsində Mərkəzi Elmi Kitabxanaya (MEK) 2025-ci ilin üçüncü rübü ərzində daxil olmuş Azərbaycan və xarici dillərdə kitablar, dövri və ardı davam edən nəşrlər, avtoreferatlar üzrə biblioqrafik məlumatlar təqdim olunur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bununla yanaşı, kitabxanaya hədiyyə edilən yeni kolleksiyalar və mövcud fondlara əlavə olunmuş sənədlər haqqında məlumatlar da müvafiq bölmələrdə əksini tapıb. Nəşrin sonunda iyul–sentyabr ayları ərzində MEK-də keçirilən tədbirlərin xronologiyası və həmin tədbirlərin yayımlandığı mənbələrə dair QR kodlar verilib”.
Sonra xəbərdə, “bu say MEK-in Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın “Rəqəmsal bilik xəzinəsinə doğru” adlı məqaləsi ilə açılır. Məqalədə 100 illik tarixə malik MEK-də həyata keçirilən yeniliklər, elektronlaşma və rəqəmsallaşma prosesləri, oxucu xidmətində tətbiq olunan innovativ yanaşmalar və digər mövzulardan bəhs edilir” deyə qeyd edilir.





