BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin noyabr ayı ərzində 1 505 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya DSMF-dən məlumat verilib.
Məlumata görə, müraciətlərin 487-si ünvanlı dövlət sosial yardımı, 319-u pensiya təyinatı, 360-ı sosial müavinət və təqaüd, 21-i sosial sığorta və fərdi uçot, 318-i isə digər istiqamətlər üzrə olub.





