Press "Enter" to skip to content

Qadına qarşı şiddətə “yox” dedilər

Paneldən foto

BAYRAQDAR MEDİA – Qafqaz Universitetində (KAÜ) “Tarixi və mədəni yönü ilə qadına qarşı şiddət” mövzusunda panel təşkil olunub.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Məlumata görə, Qafqaz Universiteti Qadın Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzi tərəfindən Qadına Şiddətə Qarşı Beynəlxalq Mübarizə Günü çərçivəsində keçirilən tədbir Ahmet Arslan Konqres və Mədəniyyət Mərkəzində olub.

Proqram dövlət himninin səsləndirilməsi və şəhidlər xatirəsinə ehtiram duruşu ilə başlayıb.

Məlumata görə, açılış nitqini Qadın Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzinin müdiri Fatma Sağlam Demirkan edib: “Panelin moderatoru Prof.Dr. Nigar Yıldırım Aksoy olub. Panel çərçivəsində müxtəlif mövzular üzrə çıxışlar təqdim edilib. Çıxışlarda qadın algısının əsrlər boyunca hansı qüvvələr tərəfindən formalaşdırıldığı, dövrlər üzrə dəyişikliklər və davamlılıqlar, həmçinin cəmiyyətlərin qadın üzərində qurduğu rolların tarixi kontekstdə necə inkişaf etdiyi müzakirə edilib”.

Çıxışçılar qadına qarşı şiddətə “yox” demək üçün cəmiyyəti daha fəal olmağa səsləyiblər.

Mission News Theme by Compete Themes.