BAYRAQDAR MEDİA – Eskişehirdə maraqlı bir hadisə baş verib. Hoşnudiye məhəlləsi Kızılcıklı Mahmut Pehlivan küçəsində insanlar qürurverici anlara şahidlik ediblər.
Bu barədə eskisehirhaberajansi.com saytı məlumat yayıb.
Məlumata görə, bir neçə gün öncə həmin ərazidən keçən bir qadın küçədəki baytarlıq klinikasının önündə asılan Türkiyə bayrağını dəfələrlə öpərək başının üstünə qoyub: “Həmin anlar klinikanın içərisində olan bir şəxs tərəfindən mobil telefon kamerası ilə qeydə alınıb. Obyektin işçiləri görüntüləri sosial mediada gördükdən sonra duyğulandığını bildiriblər”.
Baytarlıq sağlamlıq texniki Gülər Kara deyib: “İçəridə bir müştərimiz oturarkən diqqətini çəkib. Buradan keçən bir xanım bayrağımızı dəfələrlə öpür, müştərimiz də bunu son anda videoya çəkib öz sosial media hesabında paylaşıb. Çox xoşuma gəldi, həmin görüntüləri mən də paylaşdım. Həqiqətən çox gözəl kadrlar idi. Bayrağımız müqəddəsdir və hər şeydən daha önəmlidir. Bayrağımızın burada dalğalanması da bizi çox sevindirir.”





