Press "Enter" to skip to content

SN-də İtaliyanın Azərbaycandakı səfiri ilə görüş

SN-də İtaliyanın Azərbaycandakı səfiri ilə görüş

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində xüsusi rolunu vurğulayıb. O həmçinin Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar və mədəniyyət sahələrində təşəbbüslərinin əməkdaşlığın genişlənməsinə verdiyi töhfələri qeyd edib. T.Musayev iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək İtaliya tərəfi ilə praktiki əməkdaşlığa hazır olduqlarını bildirib. Çıxışının sonunda nazir gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini qeyd edib”.

Ardınca xəbərdə, “öz növbəsində L.D.Canfrançesko iki ölkə arasında 1992-ci ildən etibarən diplomatik əlaqələrin qurulduğunu və bu müddət ərzində İtaliya və Azərbaycan dövlətləri arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb. Səfirin sözlərinə görə, ötən illər ərzində Azərbaycan-İtaliya münasibətləri böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Həmçinin Nazirlik ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub” deyə bildirilir.

Görüşdə Azərbaycan və İtaliya arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Eləcə də səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, əczaçılıq, tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin vacibliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.