Press "Enter" to skip to content

Su polisi Xəzərdə brakonyerlik edən şəxsi saxlayıb

Su polisi Xəzərdə brakonyerlik edən şəxsi saxlayıb

BAYRAQDAR MEDİA – Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan daxil olub.

Xəbərdə deyilir ki, “tədbir zamanı qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan R.Musayev saxlanılıb. Həmin şəxsdən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan müxtəlif növ balıq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır”.

Mission News Theme by Compete Themes.