Press "Enter" to skip to content

Ufest Gənclik Festivalı başa çatıb

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin ev sahibliyi ilə təşkil olunan və nəqliyyat-rabitə sahəsindəki yenilikçi layihələri gənclərlə bir araya gətirməyi hədəfləyən Ufest Gənclik Festivalı, “Türkiyə Yüzilində Nəqliyyat” mövzusunda keçirilən konfransla yekunlaşıb.

Bu barədə univeristetdən məlumat verilib.

Məlumata görə, konfransda Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Osman Boyraz, Anadolu Universitetinin rektoru Prof.Dr.Yusuf Adıgüzel, prorektor Prof.Dr. Erkan Erdemir, baş katib Ecevit Öksüz və çoxsaylı akademik heyət və tələbələr iştirak ediblər: “Açılış nitqində Prof.Dr. Erkan Erdemir nəqliyyatın yalnız texniki sahə olmadığını, eyni zamanda mədəni və ictimai transformasiyaya təsir edən strateji önəm daşıdığını vurğulayıb. O, Eskişehirin Türkiyənin nəqliyyat tarixindəki öncü roluna diqqət çəkərək, nəqliyyat investisiyalarının şəhərlərin sosial, iqtisadi və mədəni inkişafına böyük töhfə verdiyini bildirib”.

Məlumata görə, nazir müavini Osman Boyraz çıxışında Anadolu Universitetinin tələbələri ilə bir araya gəlməkdən məmnunluğunu ifadə edib və Türkiyənin son illərdə nəqliyyat sahəsində əldə etdiyi irəliləyişləri geniş şəkildə qiymətləndirib. Texnologiyanın sürətlə dəyişdiyi bu dövrdə nəqliyyat infrastrukturunun da gələcək ehtiyaclara uyğun şəkildə planlaşdırıldığını bildirən Boyraz deyib: “Ağıllı yollar, avtonom nəqliyyat vasitələri, elektrikli avtomobil şarj infrastrukturu, 5G dəstəkli yol təhlükəsizliyi sistemləri… Bunlar artıq xəyallar deyil, tətbiqə keçmiş layihələrdir. İstanbul və Antalyada ağıllı yol layihələrini pilot olaraq başladmışıq. Sürücülərə anlıq trafik xəbərdarlıqları, yol vəziyyəti və sürət tövsiyələri təqdim edən sistemlərdən istifadə edirik”.

Konfransın sonunda Ufest Gənclik Festivalı çərçivəsində keçirilən lotereya nəticəsində Doğu Ekspresi qatar biletləri altı tələbəyə hədiyyə edilib. Tədbirin bağlanışında Anadolu Universitetinin rektoru Prof.Dr. Yusuf Adıgüzel, göstərdiyi dəstəyə görə nazir müavini Osman Boyraza təşəkkür sertifikatı təqdim edib.

Mission News Theme by Compete Themes.