Press "Enter" to skip to content

Yol çox zaman bir dönüşümü ifadə edir

Prof.Dr. Erkan Erdemir çıxış edərkən

Prof.Dr. Erkan Erdemir: Eskişehir tarixən Türkiyənin nəqliyyat sahəsində ən önəmli şəhərlərindən biridir

BAYRAQDAR MEDİA – “Bizim coğrafiyada yol bəzən qovuşmanı, bəzən ayrılığı, çox zaman isə bir dönüşümü ifadə edir. Min illərdir söylənilən türkülərimizdə yolun ümidin, həsrətin və dəyişimin daşıyıcısı kimi yer alması bunun ən mühüm göstəricilərindəndir”.

Bunu Anadolu Universitetinin prorektoru Prof.Dr. Erkan Erdemir deyib.

Universitetdən verilən məluamat görə, Anadolu Universitetinin ev sahibliyi ilə keçirilən, nəqliyyat və rabitə sahəsində innovativ layihələri gənclərlə bir araya gətirməyi hədəfləyən Ufest Gənclik Festivalı “Türkiyə Yüzilində Nəqliyyat” mövzusunda təşkil olunan konfransdakı çıxışında Prof.Dr. Erkan Erdemir qeyd edib ki, nəqliyyat təkcə texniki bir sahə deyil, insanın səyahət və məkanla qurduğu əlaqənin ən konkret təzahürlərindən biridir: “Eskişehir tarixən Türkiyənin nəqliyyat sahəsində ən önəmli şəhərlərindən biridir. 1894-cü ildə Anadolu Osmanlı Şirkətinin tərkibində qurulan ilk dəmir yolu baxım və təmir emalatxanaları şəhərimizi daha o illərdə ölkənin nəqliyyat yolçuluğunda mərkəzi mövqeyə daşıdı. Türkiyənin 2009-cu ildə sürətli qatarla tanışlığının Eskişehirdən başlaması da bu öncül kimliyin ən güclü göstəricilərindəndir”.

Mission News Theme by Compete Themes.