Press "Enter" to skip to content

AQTA-nın Gəncə, Ağstafa və Salyanda monitorinqi – VİDEO

AQTA-nın Gəncə, Ağstafa və Salyanda monitorinqi

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə, Ağstafa və Salyan rayonlarında yerləşən ərzaq bazarlarında monitorinq keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “nəzarət tədbirləri zamanı bazarlarda yüksək riskli qida məhsullarının açıq havada, antisanitar şəraitdə və temperatur rejiminə uyğun olmayan formada satışa təqdim edildiyi müəyyən olunub. Xüsusilə ət, balıq və quş əti məhsullarının, turşuların üstü açıq, toz və çirklənməyə məruz qalan mühitdə satışı insan sağlamlığı üçün ciddi təhlükə yaradır. AQTA bir daha bazar rəhbərlərinə xəbərdarlıq edib ki, qida məhsullarının satışı tam təhlükəsiz şəraitdə həyata keçirilməlidir. İnsanların həyat və sağlamlığını riskə atan, qaydalara əməl etməyən satış müəssisələri barəsində qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir. Agentlik əhalini qida məhsullarını alarkən satış və saxlama şəraitinə diqqət etməyi tövsiyə edir”.

Mission News Theme by Compete Themes.