Press "Enter" to skip to content

Azərbaycan məktəblilərinin beynəlxalq elm yarışında böyük uğuru

Azərbaycan məktəblilərinin beynəlxalq elm yarışında böyük uğuru

BAYRAQDAR MEDİA – 23 noyabr – 2 dekabr tarixlərində Rusiyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2025) Azərbaycan məktəbliləri yüksək nəticə əldə ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Rusiya, Çin, Hindistan, Macarıstan, Serbiya, Tayland və digər ölkələri təmsil edən güclü komandaların iştirak etdiyi nüfuzlu elm yarışında 6 nəfərdən ibarət milli komanda ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanaraq iştirakçı ölkələr sırasında 5-ci yerə layiq görülüb. Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi Rəsul Şahverdiyev, Masazır kənd 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Oğuz Əlili, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Mikayıl İbrahimli və həmin liseyin IX sinif şagirdi Mehdi Həbibzadə gümüş medal qazanıblar. BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Fidan Həşimova, Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin X sinif şagirdi Hidayət Quliyev isə bürünc medal əldə ediblər”.

Qeyd edək ki, ötən tədris ilində Azərbaycan komandası bu olimpiadadan 6 bürünc medal qazanmışdı.

Mission News Theme by Compete Themes.