BAYRAQDAR MEDİA – Eskişehirdə “Evlənəcək gənclərin dəstəklənməsi layihəsi” çərçivəsində hüquq qazanan gənc cütlüklər üçün evliliköncəsi təlim keçirilib.
Bu barədə eskisehirhaberajansi.com saytı məlumat yayıb.
Məlumata görə, Eskişehir Ailə və Sosial Xidmətlər İl Müdürlüğündə “2025 Ailə İli” fəaliyyətləri çərçivəsində təşkil olunan tədbirdə cütlüklərə evliliköncəsi maarifləndirici təlimlər verilib: “İl Müdürlüğünün mütəxəssisləri tərəfindən aparılan təlim zamanı cütlüklər ailə həyatı, qarşılıqlı münasibətlər, sağlam ünsiyyət və evlilik mədəniyyəti mövzularında məlumatlandırılıblar”.





