Press "Enter" to skip to content

“Hər kəsi bu nümunəvi hərəkəti davam etdirməyə çağırırıq”

Təcili Tibbi Yardım avtomobili

TƏBİB təcili yardım avtomobillərinə yol verən sürücüləri təqdir edir

BAYRAQDAR MEDİA – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) yol hərəkəti qaydalarına riayət edən, təcili yardım avtomobillərinə yol verən sürücüləri təqdir edir.

Bu barədə qurumun məlumatında qeyd edilir.

BAYRAQDAR MEDİA-ya daxil olan məlumatda deyilir: “Təqdim etdiyimiz bu videoçarx yol hərəkəti qaydalarına riayət etmək şərti ilə təcili yardım avtomobillərinə yol verən sürücüləri təbliğ və təşviq etmək, onlara göstərdikləri diqqətə görə təşəkkür etmək və ən əsası, başqalarına nümunə göstərmək xarakteri daşıyır. Hörmətli həmkarlar, sosial məsuliyyətli və maarifləndirici videolayihənin daha çox insana çatması üçün sizdən dəstək istəyirik. Diqqətiniz üçün minnətdarıq!”

Mission News Theme by Compete Themes.