BAYRAQDAR MEDİA – Türkiyənin Pamukkale Univeristeti Acıpayam Peşə Yüksək Məktəbində maraqlı təlim-dərs keçilib. Belə ki, Çocuk Gelişimi Proqramı çərçivəsində təşkil olunan dərsdə İlke Uşaq Evinin müdiri Derya Neval Ayekin Dülger və müəllim Müşərrəf İrem Sinir şagirdlərlə görüşüb.
Bu barədə univeristetdən məlumat verilib.
Məlumata görə, müəllimlər məktəbəqədər dövrdə riyaziyyat təhsilinin necə aparılması barədə təcrübələrini bölüşdülər və özləri ilə gətirdikləri materiallar üzərində tətbiqi nümunələr təqdim ediblər: “Fərqli yaş qrupları üçün keçirilən fəaliyyətlər, açıq havada tətbiq olunan riyazi oyunlar, gündəlik həyatda riyaziyyatın uşaqlar tərəfindən kəşf edilməsini təmin edən metodlar təqdim olunub. Şagirdlər gördükləri videolar vasitəsilə uşaqların bu materiallarla necə ünsiyyət qurduqlarını müşahidə ediblər”.





