Press "Enter" to skip to content

NİİM-dən sürücülərə müraciət

NİİM-dən sürücülərə müraciət

BAYRAQDAR MEDİA – İntensiv hərəkət olan küçə və prospektlərdə yolun hərəkət hissəsində dayanmaq ağır qəzalara səbəb olur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində dayandırılması arxadan gələn avtomobillər üçün ciddi təhlükə yaradır. Belə hallar çox vaxt nəqliyyat vasitəsinin nasazlıq səbəbindən yolda dayanması və sürücünün zəruri təhlükəsizlik tədbirlərini görməməsi nəticəsində baş verir. Lakin müşahidələr göstərir ki, bəzi sürücülər məcburi səbəb olmadığı halda da, məsələn, sərnişin mindirib-düşürmək və ya digər şəxsi məqsədlərə görə avtomobili intensiv hərəkətin olduğu hissədə dayandırırlar”.

Daha sonra xəbərdə, “NİİM-in müşahidə kamerası vasitəsilə qeydə alınan hadisə isə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib. Əsas yolda hərəkətdə olan nəqliyyat vasitəsi sərnişin düşürmək məqsədilə yolun hərəkət hissəsində dayanan avtomobillə toqquşub. Qəza siqnalının yandırılması ilə təhlükənin aradan qalxdığını düşünən sürücü çoxzolaqlı yolda sərnişini düşürməklə həm özünü, həm də digər şəxsi təhlükə qarşısında qoyub. Hadisə nəticəsində mərkəz istiqamətində sıxlıq da yaranıb. Sözügedən Mərkəz bir daha xatırladıb ki, bu cür qayda pozuntuları ölüm və xəsarətlə nəticələnən qəzaların qeydə alınmasına və yollarda hərəkətin ləngiməsinə səbəb olur. Sərnişinin yolun hərəkət hissəsində düşürülməsi isə onun həyatını birbaşa təhlükəyə atır”.

Mission News Theme by Compete Themes.