Press "Enter" to skip to content

Noyabrda 13 mindən çox müraciət daxil olub

BAYRAQDAR MEDİA -Noyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 min 886 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 min 812 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 min 759 müraciət daxil olub. BŞTİ-yə 2 min 875 sənəd (vətəndaşlar tərəfindən 1 min 296 ərizə, Elm və Təhsil Nazirliyindən 422, digər qurumlardan 263, tabelikdə olan təhsil müəssisələrindən 524 məktub və 370 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 440 elektron müraciətə baxılıb”.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Mission News Theme by Compete Themes.