Məhəmməd Əl Bluşi: Birləşmiş Ərəb Əmirlikləri balanslı və açıq xarici siyasət yürüdür
BAYRAQDAR MEDİA – “Son onilliklər ərzində BƏƏ iqtisadiyyatdan və davamlı inkişafdan kosmik tədqiqatlara, təmiz enerjidən süni intellektə qədər müxtəlif sahələri əhatə edən böyük dəyişikliklərə şahid olub və bu da onu gələcəyi formalaşdıran aparıcı ölkələrdən birinə çevirib. Bu nailiyyətlər, təsadüf deyil, əksinə, ölkəni müxtəlif sahələrdə innovasiya, inkişaf və yaradıcılıq üçün qlobal bir məkana çevirən qətiyyət və mükəmməlliyə əsaslanan hərtərəfli strateji vizyonun nəticəsidir”.
Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.
BƏƏ-nin yaranması münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışı zamanı səfir bilrib ki, Birləşmiş Ərəb Əmirlikləri balanslı və açıq xarici siyasət yürüdür: “BƏƏ dialoqla qarşılıqlı anlaşmanı dünyanın müxtəlif dövlətləri ilə münasibətlərində əsas dayaq prinsipləri kimi qəbul edir. BƏƏ beynəlxalq əməkdaşlıq körpülərinin qurulmasına və dialoqun təşviqinə əsaslanan milli səyahətini davam etdirir. Bu dəyərlər və prinsiplər, mehriban qonşuluq, dövlət suverenliyi və beynəlxalq hüquqa hörmətlə yanaşı, yarandığı gündən bəri ölkənin xarici siyasətinin əsasını təşkil edir”.





